Azərbaycan cüdoçuları yeniyetmələr arasında Avropa kuboku yarışlarında iştirak edəcəklər
İyulun 3-4-də Çexiyanın Teplisa şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışları keçiriləcək.

Turnirdə Azərbaycanı 10 cüdoçu təmsil edəcək. Belə ki, oğlanlar arasında Babarəhim Mirzəyev, Xəyal Həsənov (50 kq), Eltac Yusifli, Aydın Rzayev (60 kq) və Əjdər Bağırov (90 kq) mübarizə aparacaqlar. Qızların yarışında isə Leyla Dəmirova (44 kq), Aydan Vəliyeva, Nəzrin Adnayeva, Könül Əliyeva (hər üçü 48 kq) və Lətifə Abbasova (52 kq) iştirak edəcəklər.

Xəbər 350 dəfə oxundu.