Gənc güləşçimiz Əbülfəz Nəsirov Dağıstanda bürünc medal qazanıb
Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyevin xatirə turnirinə yekun vurulub.

Azsport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, 3 gün davam edən ənənəvi yarışda millimizin üzvləri də iştirak ediblər.

Memorialda gənc güləşçimiz Əbülfəz Nəsirov (61 kq) fərqlənib. Pəhləvanımız bürünc medala sahib çıxıb. İslam Bazarqanov (57 kq), Coşqun Əzimov (74 kq) və İslam İlyasov (97 kq) isə beşinci yerlə kifayətləniblər.

Xəbər 341 dəfə oxundu.