"Qarabağ" xorvatiyalı futbolçu ilə razılığa gəldi
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Qarabağ" daha bir futbolçusu ilə razılığa gəlib.

Ağdam təmsilçisi xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə müqavilənin müddətini uzadıb.

30 yaşlı oyunçu "köhlən atlar"la 2 illik yeni sözləşməyə imza atıb. Klub yaxın vaxtlarda bunu rəsmən açıqlayacaq.

Qeyd edək ki, Filip Ozobiç 2018-ci ildən "Qarabağ"da çıxış edir. O, daha əvvəl Azərbaycanda "Qəbələ"nin formasını geyinib.

Xəbər 345 dəfə oxundu.