Tokio Olimpiadasında idmançıların qlobal dəstəklənməsi proqramı elan edilib
Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi yarışlara qatılacaq idmançıların bütün dünya üzrə azarkeşlər tərəfindən dəstəklənməsinə imkan yaradan layihəni elan edib.

Bu məqsədlə azarkeşlərin sosial şəbəkələrdə paylaşdığı video və digər məlumatlar redaktə edilərək yarışların keçiriləcəyi bütün obyektlərdə nümayiş olunacaq.

Həmçinin Olimpiya yayım xidmətinin milli və regional yayım şirkətlərindən topladığı videoçarxlar da burada təqdim ediləcək.
Kütləvi informasiya vasitələrinin idmançılardan müsahibə götürməsi üçün ayrılan zonalarda isə onların ailə üzvləri və dostları ilə onlayn ünsiyyətinə şərait yaradılacaq.

Xəbər 348 dəfə oxundu.