Cüdo üzrə gənclərdən ibarət milli komandamız təlim-məşq toplanışını davam etdirir
Cüdo üzrə gənclərdən ibarət milli komandamızın üzvləri qarşıdakı beynəlxalq yarışlara hazırlıq çərçivəsində təlim-məşq toplanışını davam etdirirlər.

Şağan Olimpiya İdman Kompleksində təşkil olunan toplanışda baş məşqçi Elçin İsmayılov və məşqçi Şümşat Bəhramovun rəhbərliyi ilə sonuncu ölkə birinciliyində uğur qazanan perspektivli gənc cüdoçular mübarizə aparırlar.

Komandamız iyulun 3-4-də Portuqaliyada keçiriləcək Avropa kuboku yarışında iştirak edəcək.

Xəbər 375 dəfə oxundu.