İmişlidə “Kiçik çempionlar” adlı futbol festivalı keçiriləcək
İyunun 30-da İmişli Olimpiya İdman Kompleksində “Regional İnkişaf” İctimai Birliyi və AFFA-nın dəstəyi ilə futbol festivalı keçiriləcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, “Kiçik çempionlar” adlı ustad dərsləri festivalında 11-14 yaş arası uşaqlar iştirak edəcəklər.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd rayonlarda futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Xəbər 356 dəfə oxundu.