Bu gün London Yay Olimpiya Oyunlarında qadın güləşi üzrə yarışa start veriləcək
Bu gün London Yay Olimpiya Oyunlarında qadın güləşi üzrə yarışa start veriləcək. Mübarizənin ilk günündə Azərbaycanın ən titullu idmançılarından biri olan Mariya Stadnik döşəyə çıxacaq.

4 il öncə Pekin Olimpiadasında 3-cü olan güləşçimiz ilk mərhələdən azaddır. O, 1/8 finalda Lonq Çun (ABŞ) - Şaşa Jao (Çin) cütünün qalibini gözləyir. Bu mərhələnin görüşləri isə Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, millimiz qadın güləşi üzrə yarışda 2 idmançı ilə təmsil olunur. Sabah isə Yuliya Ratkeviç (55 kq) gücünü yoxlayacaq.

Xəbər 1140 dəfə oxundu.