Təl-Əvivdə 3x3 basketbol üzrə Avropa çempionatının seçmə mərhələsi start götürür
Bu gün İsrailin paytaxtı Təl-Əvivdə 3x3 basketbol üzrə Avropa çempionatının seçmə mərhələsi start götürür.

Turnirdə baş məşqçi Samit Nuruzadənin rəhbərliyi altında Azərbaycanın millisinin tərkibində Anar Hacıyev, Endər Poladxanlı, Cəbrayıl Əkbərov və Polad Həsənov mübarizə aparacaqlar.

On altı komandanın iştirak edəcəyi yarış iki gün davam edəcək. Ən yaxşı nəticə qazanacaq 4 komanda həlledici mərhələdə mübarizə aparacaq.

Yarışa Azərbaycan komandası və meydan sahibləri ilə yanaşı, Polşa, Çexiya, İsveçrə, İspaniya, Almaniya, Avstriya, Belçika, Türkiyə, Portuqaliya, Xorvatiya, Yunanıstan, Andorra və Monteneqro yığmaları da iştirak edəcəklər.

Qeyd edək ki, qitə çempionatı sentyabrın 10–12-də Parisdə keçiriləcək.

Xəbər 386 dəfə oxundu.