Fransa çempionatı: Rauf Məmmədov birinci turda qələbə qazanıb
Azərbaycan şahmatçılarının da qatıldıqları Fransanın Şalons-En-Şampan şəhərində klublar arasında ölkə çempionatının birinci turunun oyunları keçirilib.

12 klubun iştirak etdiyi çempionatda “Chartres Echess”in heyətində Rauf Məmmədov və Namiq Quliyev mübarizə aparırlar.

Şahmatçımız Rauf Məmmədov yarışa qələbə ilə başlayıb. Namiq Quliyev isə rəqibi ilə heç-heçəyə razılaşıb.

İyulun 4-dək davam edəcək çempionat dairəvi sistem üzrə keçirilir və 11 turdan ibarətdir.

Xəbər 364 dəfə oxundu.