“Tokio-2020” zamanı AMADA-nın Çağrı Mərkəzi fəaliyyət göstərəcək
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) “Tokio-2020” Yay Olimpiya Oyunları zamanı Çağrı Mərkəzi fəaliyyət göstərəcək.

Bunu AMADA-nın rəhbəri Şəfəq Hüseynli iyunun 25-də Milli Olimpiya Komitəsində təşkil olunan tədbirdə deyib.

Bildirib ki, 24 saat ərzində fasiləsiz fəaliyyət göstərəcək Çağrı Mərkəzində idmançılar və məşqçilərin dopinq nəzarəti ilə bağlı bütün sualları cavablandırılacaq. Çağrı Mərkəzi təmiz idmanın daha geniş yayılması və idmançıların məlumatlandırılmasına yönəlib.

Xəbər 358 dəfə oxundu.