"Keşlə" klubu seneqallı futbolçunu heyətinə qatıb
Bakının "Keşlə" futbol klubu heyətini gücləndirməkdə davam edir.

Azsport.az kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi seneqallı futbolçu Oumar Goudiaby ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, hücumçu mövqeyində oynayan futbolçunun son komandası Şimali Makedoniyanın 1-ci liqasında çıxış edən "Pelister" olub.

Xəbər 297 dəfə oxundu.