Çingiz Hüseynzadə: Azərbaycanın Olimpiya komandasının “Tokio-2020"yə hazırlıq prosesi yekunlaşmaq üzrədir
Olimpiya Oyunlarına bir aydan az vaxt qalıb. Komandamızın “Tokio-2020”yə hazırlıq prosesi yekunlaşmaq üzrədir.

Bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iyunun 25-də təşkil olunan tədbirdə deyib.

Vitse-prezident bildirib ki, “Tokio-2020” ötən illərdəki olimpiadalardan fərqli olacaq. Olimpiadada koronavirus və dopinqlə bağlı məsələlər dünya gündəmindədir. Hələ də bu istiqamətdə müzakirələr aparılır.

Xəbər 368 dəfə oxundu.