“Sumqayıt” FK daha bir futbolçunu heyətinə qatıb
2021-2022 mövsümü üçün transfer çalışmaları davam edən “Sumqayıt” futbol klubu daha bir futbolçunu heyətinə cəlb edib. Belə ki, klub son mövsümü “Qəbələ”də keçirmiş yarımmüdafiəçi Roman Hüseynovu heyətinə qatıb.

Roman Hüseynovla 1 illik müqavilə imzalanıb. O, komandada “20” nömrəli formada çıxış edəcək. Qeyd edək ki, Roman Hüseynov “Qəbələ” (35 oyun, 2 qol) və “Kəpəz”in (11 oyun) uğurları üçün çalışıb. 23 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-17, U-19 və U-21 millilərində çıxış edib.

Xəbər 310 dəfə oxundu.