"Keşlə" klubu portuqaliyalı futbolçu ilə müqavilə imzalayıb
Bakının "Keşlə" futbol klubu heyətini gücləndirməkdə davam edir.

Azsport.az kluba istinadla xəbər verir ki, "Keşlə" rəhbərliyi ilə Aldair Sapalo Amaro Neto arasında müqavilə imzalanıb. Portuqaliyalı futbolçu birillik müqaviləyə imza atıb.

Hücumçu mövqeyində oynayan A.Netonun son klubu Şimali Makedoniyanın 1-ci liqasında çıxış edən "Pelister" komandası olub.

Xəbər 262 dəfə oxundu.