Klublar arasında Fransa çempionatında Azərbaycan şahmatçıları mübarizəyə başlayıblar
Fransanın Şalons-En-Şampan şəhərində klublar arasında şahmat üzrə ölkə çempionatı start götürüb.

12 klubun iştirak etdiyi çempionat iyulun 4-dək davam edəcək.

Çempionatda Azərbaycan şahmatçıları da iştirak edirlər. Belə ki, "Bischwiller" klubunda Şəhriyar Məmmədyarov, “Grasse Echess” klubunun heyətində yığmamızın digər üzvü Nicat Abbasov, “Chartres Echess” klubunda çıxış edən Rauf Məmmədov və Namiq Quliyev Fransa çempionatında Azərbaycanı təmsil edirlər.

Çempionat dairəvi sistem üzrə keçiriləcək və 11 turdan ibarət olacaq.

Şahmatçılarımızla yanaşı, Fabiano Karuana, Aniş Giri, Maksim Vaşye-Laqrav, Aleksandr Qrişuk, Alireza Firuzca, Vanq Xao, Pentala Harikrişna, Yorden Van Forest, Cefri Ksionq, Veselin Topalov, Vasili İvançuk və digər tanınmış idmançılar iştirak edirlər.

Xəbər 372 dəfə oxundu.