“Qarabağ”ın sabiq futbolçusu Dani Kintana karyerasını Polşada davam etdirəcək
Ağdamın “Qarabağ” klubunun sabiq futbolçusu Dani Kintana karyerasını Polşada davam etdirəcək.

34 yaşlı yarımmüdafiəçi “Yagelloniya” klubuna keçib. Bu barədə Ekstraklasa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Dani ilə müqavilə 2022-ci ilin yayınadək nəzərdə tutulub.

Dani daha əvvəl 2013/2014-cü il mövsümündə “Yagelloniya”da çıxış edib. İspaniyalı futbolçu 2015-2020-ci illərdə Azərbaycanda “Qarabağ”ın uğurları üçün çalışıb.

“Qarabağ”ın sabiq futbolçuları Mahir Emreli və Yakub Jezniçak da Polşada çıxış edir. Emreli “Legiya”nın, Jezniçak isə “Visla”nın uğurları üçün çalışır.

Xəbər 379 dəfə oxundu.