Xüsusi Olimpiyaçılar arasında basketbol yarışları keçirilib
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksinin meydançasında oğlanlar arasında basketbol üzrə hazırlıq və yoxlama yarışları keçirilib.

Yarışlar UNIFIED Sports (İnklüziv birləşmiş idman komandası) proqramına uyğun olaraq 2 divizionda təşkil edilib.

Birinci divizionda Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli xüsusi internat məktəbinin komandası (məşqçi-müəllim Fərzəli Hacıyev) ən yüksək nəticə göstərərək qalib olub.

İkinci divizionda isə xüsusi, internat və tam orta məktəbin şagirdləri, məzunları və eyni zamanda, ailələrdən olan xüsusi olimpiyaçılardan ibarət komanda (məşqçi-müəllim Lyudmila Qasıyeva, sərbəst məşqçi) birinci yeri tutub.

Yarışlarda hər biri 10 atlet olmaqla 12 komanda iştirak edib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil edilən turnir 2022-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

Xəbər 364 dəfə oxundu.