Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliya yığması ilə qarşılaşacaq
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsinin dörddəbir finalında qarşılaşacağı rəqibi müəyyənləşib.

A qrupunun son oyununda Ukrayna komandasını 1:0 hesabı ilə məğlub edən son dünya çempionu Portuqaliya yığması dörddəbir finalda millimizin rəqibi olub.

Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu iyunun 25-də Portuqaliyanın Nazare şəhərində keçiriləcək.

Xəbər 334 dəfə oxundu.