Güləşçilərimiz olimpiadaya Göygöldə hazırlaşır
Azərbaycan güləşçiləri Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıqlarını davam etdirir.

Varşavadakı "Poland Open" turnirindən sonra pəhləvanlar növbəti toplanışa Göygöl Olimpiya Kompleksində başlayıblar. Dağlıq şəraitdə keçirilən təlim-məşq toplanışı əsasən fiziki hazırlıq üzərində qurulub.

Toplanış iyulun əvvəllərinədək davam edəcək. Olimpiada üçün sonuncu təlim-məşq prosesi taktiki-texniki çalışmalardan ibarət olacaq və Bakıda keçiriləcək.

Qeyd edək ki, Tokio olimpiadasına sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq), yunan-Roma güləşçilərindən İslam Abbasov (87 kq) və Rafiq Hüseynov (77 kq), qadın güləşçilərdən isə Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) lisenziya əldə edib.

"Report"

Xəbər 343 dəfə oxundu.