Azərbaycan kiberidman komandası Portuqaliyada təşkil edilən turnirin qalibi olub
Azərbaycan komandası “Guardians of the Maiden Tower” Valorant kiberidman növü üzrə Portuqaliyada təşkil edilən nüfuzlu turnirin qalibi olub.

Mükafat fondu 3 min dollardan çox olan "Guardians of the Maiden Tower" yarışının ilk mərhələsində Azərbaycan komandası birinci yerə layiq görülüb.

Beləliklə, Azərbaycan bayrağı altında çıxış edən komandamız pley-off mərhələsində MDB regionundan yeganə iştirakçı olacaq.

Xatırladaq ki, pley-off mərhələsinin mükafat fondu 15 min dollar nəzərdə tutulur.

Komandanın fəaliyyətini İnstaqram ünvanında (gmt.gg) yaxından izləyə bilərsiniz.

Xəbər 348 dəfə oxundu.