"Serbia Chess Open 2021" turnirində Azərbaycanın 17 şahmatçısı iştirak edəcək
İyulun 2-dən 8-dək Serbiyanın paytaxtı Belqradda birinci beynəlxalq "Serbia Chess Open 2021" şahmat turniri keçiriləcək.

Yarışda Azərbaycan geniş heyətlə - 17 şahmatçı ilə təmsil olunacaq. Belə ki, onlardan 13-ü "Masters", dördü isə "Amateurs" yarışlarında iştirak edəcəklər.

"Masters" turnirində Eltac Səfərli, Vüqar Əsədli, Aydın Süleymanlı, Misrətdin İsgəndərov, Ülvi Sadıqov, Vüqar Rəsulov, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Pərviz Qasımov, Read Səmədov, Toğrul Həsənzadə, Gövhər Beydullayeva, "Amateurs" yarışında Sadiq Qarayev, Nəsrin Babayeva, Nazlı Hümbətova, Ramazan Şərifov mübarizə aparacaqlar.

"Serbia Chess Open 2021"də 42 ölkədən 461 şahmatçı iştirak edəcək.

Xəbər 340 dəfə oxundu.