Azərbaycan güləşçisi Mariya Stadnikin rəqibi müəyyənləşib
London Olimpiadasında Azərbaycan güləşçisi Mariya Stadnikin rəqibi müəyyənləşib. Püşkə əsasən 48 kq çəki dərəcəsində yarışacaq güləşçimiz ilk döyüşünə 1/8 final mərhələsindən başlayacaq.

Ona bu mərhələdə Lonq Çun (ABŞ) - Şaşa Jao (Çin) cütünün güclüsü rəqib olacaq. Olimpiadada ikinci mərhələ Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, Stadnik Pekin Olimpiadasının bürünc mükafatçısıdır.

Xəbər 931 dəfə oxundu.