MMA döyüşçümüz Fətəli Talıbov Ukraynada qələbə qazanıb
Ukraynanın Lutsk şəhərində MMA üzrə peşəkar döyüşçülər arasında beynəlxalq turnir keçirilib.

Azsport.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, beynəlxalq turnirdə iştirak edən idmançımız Fətəli Talıbov (93 kq) ukraynalı rəqibinə qalib gələrək birinci olub.

Turnirdə 93 kiloqram çəki dərəcəsində iştirak edən digər idmançımız Elçin Hüseynovun isə Ermənistandan olan rəqibi Mkrtiç Sarkisyan zədələnməyini səbəb göstərərək qarşılaşmaya çıxmayıb.

Xəbər 347 dəfə oxundu.