“Səbail” futbol klubu mövsümün ilk transferini rəsmiləşdirib
Bakının “Səbail” futbol klubu mövsümün ilk transferini rəsmiləşdirib.

Azsport.az kluba istinadla xəbər verir ki, müdafiəçi Şəhriyar Rəhimov ilə iki il müddətinə müqavilə bağlanıb.

Otuz iki yaşlı futbolçu komandanın heyətində 13 nömrəli formanı geyinəcək.

Ş.Rəhimov 2018-2020-ci illərdə “Səbail”in heyətində çıxış edib. Sonuncu klubu “Zirə” olan müdafiəçi bir illik fasilədən sonra yenidən “Səbail”in uğurları üçün çalışacaq.

Xəbər 373 dəfə oxundu.