On səkkiz yaşadək yeniyetmə şahmatçılar rapid üzrə turnirdə iştirak edəcəklər
On səkkiz yaşadək yeniyetmə şahmatçılar rapid üzrə seçmə turnirdə iştirak edəcəklər.

Yarış iyulun 11-14-də keçiriləcək. Turnirdə ilk üç yeri tutan şahmatçılar 2021-ci ilin avqustunda keçiriləcək onlayn dünya çempionatında iştirak etmək hüququ əldə edəcəklər.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyası tərəfindən keçirilən yarış İsveçrə sistemi üzrə baş tutacaq.

Xəbər 483 dəfə oxundu.