Zaqatalada 16 yaşlı şahmatçılar arasında Olimpiada keçiriləcək
On altı yaşadək yeniyetmələr arasında şahmat Olimpiadası keçiriləcək.

Azsport.az Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəsmi saytına istinadla xəbər verir ki, turnir iyulun 14–24-də Zaqatala Olimpiya İdman Kompleksində təşkil ediləcək.

Olimpiadaya respublikanın bütün şəhər və rayonlarının, eləcə də idman-şahmat məktəbləri, şahmat klubları və idman cəmiyyətlərindən qızlar və oğlanlar iştirak edəcəklər.

Olimpiada iki yaş qrupu üzrə keçiriləcək. A qrupunda 13-16 yaşlı, B qrupunda isə 2009-cu il təvəllüdlü və daha kiçikyaşlı şahmatçılar mübarizə aparacaqlar. A qrupunda aşağı yaş qrupuna aid şahmatçılardan yalnız son Avropa və dünya çempionatının mükafatçıları və ya AŞF-nin rəyi ilə şahmatçılar iştirak edə bilərlər.

Yarış İsveçrə sistemi üzrə keçiriləcək.

Xəbər 366 dəfə oxundu.