“Qəbələ” futbolçusu Vinko Medimoreçlə yollarını ayırıb
“Qəbələ” futbolçusu Vinko Medimoreçlə yollarını ayırıb.

Ötən ilin sentyabrından komandaya qoşulan 25 yaşlı xorvatiyalı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

O, 2020/2021-ci il mövsümündə 26 oyuna 1 qol vurub. Medimoreç Premyer Liqada 23, Azərbaycan kubokunda 3 matça çıxıb.

“Qəbələ” rəhbərliyi Vinko Medimoreçə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xəbər 353 dəfə oxundu.