“Zirə” klubu iki futbolçusu ilə yollarını ayırıb
Bakının “Zirə” klubu iki futbolçusu ilə yollarını ayırıb.

Bakı təmsilçisi Fakundo Melivilo və Şəhriyar Rəhimov ilə vidalaşıb.

Argentinalı hücumçu ilə bağlanmış müqavilə başa çatıb, Ş.Rəhimov isə qarşılıqlı razılaşma əsasında komandadan ayrılıb.

Klub rəhbərliyi futbolçulara göstərdikləri xidmətə görə təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.

Xəbər 343 dəfə oxundu.