"Neftçi" Sloveniya klubu ilə heç-heçə etdi | |
Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" ilk yoxlama oyununu keçirib. "Ağ-qaralar" yerli "Olimpiya" (Lyublyana) komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Matçda hər iki qol 2-ci dəqiqədə vurulub. Əvvəlcə Namik Ələskərov, ardınca isə Mihaylo Peroviç fərqlənib. Flaqmanın yeni transferləri - Harramiz Soares və Sezar Meza Kolli 58-ci dəqiqədə meydana daxil olaraq, paytaxt klubunda debüt ediblər. Qeyd edək ki, "Neftçi" növbəti sınaq matçını iyunun 25-də Macarıstan “Fehervar"ına qarşı keçirəcək. Sloveniyadakı son rəqib isə Rusiyanın "Spartak" (Moskva) klubu olacaq. Bu oyun isə iyunun 29-da olacaq. |
|
Xəbər 353 dəfə oxundu. |
|
|