Azərbaycanlı futbolçu "Arsenal"a keçdi
Rusiyanın "Spartak" klubundan ayrılan Ayaz Quliyevin yeni komandası müəyyənləşib.

25 yaşlı yarımmüdafiəçi yerli "Arsenal"a keçib. Məlumatı Tula təmsilçisinin rəsmi saytı yayıb.

Tərəflər arasında imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, "Spartak"ın yetirməsi olan Ayaz Quliyev bu komanda ilə yanaşı, "Rostov"un da formasını geyinib.

Xəbər 417 dəfə oxundu.