“A” lisenziyasının yenilənmə kursu başqa vaxta keçirilib
İyunun 25-26-da AFFA tərəfindən Bakıda UEFA-nın "Pro" və "A" kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, müraciətlərin çoxluğunu nəzərə alaraq, qeyd olunan tarixlərdə UEFA “Pro” kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları təşkil olunacaq.

UEFA “A” kateqoriyalı lisenziyaların yenilənmə kursu isə daha sonra keçiriləcək. Kursun keçiriləcəyi tarixlər barədə yaxın günlərdə əlavə məlumat yerləşdiriləcək.

Xəbər 407 dəfə oxundu.