Yamaykalı atlet Useyn Bolt “Mançester Yunayted”də çıxış etmək istəyir
Əfsanəvi olimpiya çempionu, yamaykalı atlet Useyn Bolt “Mançester Yunayted”də çıxış etmək istəyir. London Olimpiadasında qalib olan sprinter İngiltərə Premyer Liqasının liderlərindən birində baxışda olmaq arzusunda olduğunu bildirib.

Dünyanın ən sürətli insanı yaşıl meydanda top qovmağa hazırdır: “İnsanlar fikirləşir ki, zarafat edirəm. Ancaq tam ciddiyəm. Əgər “Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyuson zəng edib desə ki, sən bizdə baxışdan keçəcəksən, mən sadəcə, imtina edə bilməyəcəyəm. Yetərincə yaxşı olmadığımı bilsəydim, bu haqda danışmazdım. Böyük Britaniyada hələ bir neçə gün olacağam. Əgər Ferqyuson məni komandasına götürmək istəsə, məni necə tapmağı bilir”.

Xəbər 1261 dəfə oxundu.