Şahmat üzrə "Masters" turnirinə yekun vurulub
İyunun 20-də ənənəvi Praqa şahmat festivalının əsas yarışı – “Masters” turnirinə yekun vurulub.

Azərbaycan şahmatçısı Nicat Abasov son turda Çexiya təmsilçisi Tay Dan Van Nquyen ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə başa çatıb.

Turun digər oyunlarında çexiyalı digər şahmatçı David Navara isveçli Nils Qrandelius ilə heç-heçə edib. Polşa təmsilçisi Yan-Kşıştof Duda həmyerlisi Radoslav Voytaşeki məğlub edib. Amerikalı Sem Şenkland isə niderlandlı Jorden Van Forest üzərində qələbə qazanıb.

Turnirin yekun nəticələrinə görə, N.Abasov 3,5 xalla 5-ci yerlə kifayətlənib. Yarışın qalibi 5,5 xalla S.Şenkland olub.

Xəbər 342 dəfə oxundu.