“Neftçi” klubu Portuqaliya çempionu ilə müqavilə imzalayıb
Bakının “Neftçi” futbol klubu cinah yarımmüdafiəçisi transfer edib.

San-Tome və Prinsipi Demokratik Respublikasından olan Harramiz Quita Ferreyra Soares ilə 2 il müddətinə müqavilə bağlanıb.

Otuz yaşlı futbolçu komandanın heyətində 11 nömrəli formanı geyinəcək. Harramiz Portuqaliyanın “O Elvas”, “Aljustrelense”, “Uniao Montemor”, “Benfika B”, “Farense”, “Kovilya”, “Akademika”, “Tondela”, “Mafra”, “Leyşoynş” və “Eştoril” klublarında çıxış edib. Son mövsüm 23 oyunda 4 qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. Harramiz 2015-ci ildən San-Tome və Prinsipi milli komandasında 15 oyun keçirib, 2 qola imza atıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollini transfer edib.

Xəbər 338 dəfə oxundu.