AFFA-nın icraçı vitse-prezidenti İsveçrə Futbol Assosiasiyasının prezidenti ilə görüşüb
Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla İsveçrə Futbol Assosiasiyasının (İFA) prezidenti Dominik Blank arasında görüş keçirilib.

Görüşdə “Avro-2020”nin Bakıda təşkil olunan oyunları barədə fikir mübadiləsi aparılıb, AFFA və İFA arasında əməkdaşlıqla bağlı müzakirələr olub.

Xatırladaq ki, İsveçrə milli komandası “Avro-2020”nin A qrupu çərçivəsində 2 oyununu Bakı Olimpiya Stadionunda keçirib.

Xəbər 352 dəfə oxundu.