Cerdan Şakiri İsveçrə-Türkiyə matçının ən yaxşı futbolçusu seçilib
Futbol üzrə "Avro-2020"nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən İsveçrə-Türkiyə matçının ən yaxşı futbolçusu müəyyənləşib.

İsveçrə yığmasının futbolçusu Cerdan Şakiri görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Cerdan Şakiri Türkiyə millisi ilə matçda dubl edib.

Xəbər 342 dəfə oxundu.