Bu gün Azərbaycan atleti Layeş Abdullayeva London Olimpiadasında debüt edəcək
Bu gün Azərbaycan atleti Layeş Abdullayeva London Olimpiadasında debüt edəcək. 5000 metr məsafəyə qaçışda ölkəmizi təmsil edəcək idmançımız 2-ci qrupda mübarizə aparacaq.

Belə ki, atletlər 2 qrupa bölünüb. 18 idmançı Bakı vaxtı ilə saat 14:55-də, 18-i isə az sonra qüvvəsini sınayacaq. Layeş ikincilərlə mübarizə aparacaq. Şəxsi rekordu 15:47.29 olan Abdullayeva bu göstəricidə nəinki 2-ci qrupda, bütün iştirakçılara arasında sonuncu nəticəyə malikdir.

Xəbər 1168 dəfə oxundu.