“Masters” turniri: Nicat Abasov altıncı turda polşalı şahmatçı ilə qarşılaşır
İyunun 19-da ənənəvi Praqa şahmat festivalının əsas yarışı – “Masters” turnirinin altıncı turunun oyunları keçirilir.

Azərbaycan şahmatçısı Nicat Abasov altıncı turda Polşa təmsilçisi Radoslav Voytaşek ilə qarşılaşır.

Turun digər oyunlarında polşalı digər şahmatçısı Yan-Kşıştof Duda isveçli Nils Qrandeliusla mübarizə aparacaq. Çexiya şahmatçıları David Navara niderlandlı Jorden Van Forest, Tay Dan Van Nquyen ABŞ təmsilçisi Sem Şenklandla üz-üzə gələcəklər.

Yeddi turdan ibarət turnirə aktivində 4 xal olan S.Şenkland başçılıq edir. N.Abasov 3 xalla üçüncü yerdədir.

Xəbər 356 dəfə oxundu.