Paralimpiyaçımız Pərvin Məmmədov “Tokio-2020”yə lisenziya qazanıb
Milli Paralimpiya komandamızın idmançısı “Tokio-2020” Yay Paralimpiya Oyunlarına 19-cu lisenziyanı qazanıb.

Dubayda keçirilən dünya kuboku yarışlarında Azərbaycan Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandasının üzvü Pərvin Məmmədov (49 kq) 157 kiloqram nəticə göstərərək yarışı 4-cü yerdə yekunlaşdırıb.

Dubayda keçirilən dünya kubokunda və daha öncə reytinq xalları qazandıran yarışlarda yüksək nəticə əldə etmiş P.Məmmədov “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, bu günə Milli Paralimpiya Komitəsinin idmançıları “Tokio-2020”yə artıq 19 lisenziya əldə ediblər. Onlardan 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı və 2-si pauerliftinq növündəndir.

Xəbər 681 dəfə oxundu.