Bu gün Teymur Rəcəbov “Grand Chess Tour” turnirində daha üç turda mübarizə aparacaq
Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatıldığı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsinin iyunun 19-da növbəti üç turu keçiriləcək.

Şahmatçımız dördüncü turda rusiyalı Piter Svidler ilə qarşılaşacaq. Növbəti turda Uesli So (ABŞ) ilə üz-üzə gələcək şahmatçımızın altıncı turda rəqibi daha bir ABŞ təmsilçisi Fabiano Karuana olacaq.

T.Rəcəbov ilk üç turdan sonra 3 xalla Fabiano Karuana və fransalı Maksim Vaşye-Laqravla birlikdə 5-7-ci yerləri bölüşdürür.

Turnir iştirakçıları üç gün ərzində rapid üzrə görüşlər keçirəcəklər. İyunun 21-də isə blits turniri start götürəcək.

Xəbər 351 dəfə oxundu.