Yeni mövsümdə “Sumqayıt” ın qapısını Tərlan Əhmədli qoruyacaq
“Sumqayıt” futbol klubu 2021/22 mövsümü üçün transfer çalışmalarını davam edir.

“Sumqayıt” FK növbəti futbolçunun keçidini reallaşdırıb. Belə ki, komanda son mövsümü “Qəbələ”də keçirmiş qapıçı Tərlan Əhmədli ilə 1 illik müqavilə imzalayıb. T. Əhmədli “Sumqayıt” FK-da “1” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2012-2017-ci illər arasında da komandada çıxış etmiş Tərlan Əhmədli bu dönəmdə ümumilikdə 11 oyun keçirib. Qapıçı son klubu “Qəbələ” ilə yanaşı (14 oyun) “Rəvan”, “Xəzər Bakı” və “Sabah” klublarının da uğurları üçün çalışıb. O, Azərbaycanın U-21 və U-23 millilərinə də dəvət alıb.

Xəbər 380 dəfə oxundu.