Çimərlik futbolu üzrə Azərbaycan millisi Ukrayna yığmasına məğlub olub
İyunun 18-də çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Nazare şəhərində təşkil olunan "EBSL-2021" Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Millimiz Ukrayna yığması ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Millinin heyətində Sabir Allahquliyev dubl edib, digər qolu isə Orxan Məmmədov vurub.

Penaltilər seriyasında daha dəqiq oynayan Ukrayna millisi yekunda 5:4 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Portuqaliyaya 2:7 hesabı ilə uduzub. Yığma sonuncu matçını iyunun 19-da Almaniyaya qarşı keçirəcək.

Xəbər 388 dəfə oxundu.