Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliya yığması ilə qarşılaşıb
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan “EBSL-2021” Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Portuqaliya yığması ilə qarşılaşan Azərbaycan millisi 2:7 hesabı ilə məğlub olub. Azərbaycan yığmasının heyətində Amid Nəzərov və Sabir Allahquliyev fərqləniblər.

Azərbaycan millisi növbəti oyununu bu gün Ukraynaya qarşı keçirəcək.

Xəbər 374 dəfə oxundu.