“Qarabağ”ın rəqibi yarımmüdafiəçisi ilə yollarını ayırıb
Ağdamın “Qarabağ” klubu Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi İsrailin “Aşdod” komandası bir futbolçusu ilə yollarını ayırıb.

İsrail təmsilçisi yarımmüdafiəçi Şlomi Azulayın müddəti bitən müqaviləsini yeniləməyib və onunla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azulay 2019-cu ilin yayından “Aşdod”da çıxış edib. Otuz bir yaşlı yarımmüdafiəçi “Aşdod”la ötən mövsüm 29 oyunda 4 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qarabağ” “Aşdod”la ilk oyunu iyulun 22-də Bakıda keçirəcək. Komandalar arasındakı cavab matçı iyulun 29-da İsraildə olacaq.

Xəbər 322 dəfə oxundu.