Azərbaycanın daha bir qadın cüdoçusu Tokio Olimpiadasına lisenziya qazanıb
Azərbaycanın daha bir cüdoçusu Tokio Olimpiadasına vəsiqə qazanıb.

Qadın cüdoçumuz Aişə Qurbanlı 48 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək. A.Qurbanlının reytinq xalı yüksək olduğu üçün lisenziyaya sahib olub. Beləliklə, Tokio Olimpiadasında Azərbaycanı iki qadın cüdoçu - Ayşə Qurbanlı və 78 kq-dan yuxarı çəki dərəcəsində İrina Kindzerska təmsil edəcəklər.

Qeyd edək ki, Azərbaycan kişilərin mübarizəsinə tam heyətlə - 7 cüdoçu ilə qatılacaq. Yaxın günlərdə Tokioda iştirak edəcək kişi cüdoçuların adları açıqlanacaq.

Xəbər 380 dəfə oxundu.