“Avro-2020”nin Moskvadakı fan-zonası bağlanacaq
Koronavirus pandemiyası ilə əlaqədar Moskvada müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, “Avro-2020”nin “Lujniki” stadionunda fəaliyyət göstərən fan-zonası bağlanacaq.

Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Mer bu addımın insanların sanitar-epidemioloji qaydalara əməl etməməsi və sıx toplaşmalarının qarşısının alınması səbəbindən atılacağını bildirib.

Qeyd edək ki, “Avro-2020” ötən il təşkil olunmalı idi. Ancaq pandemiya səbəbindən bir il sonraya təxirə salınmışdı. Avropa çempionatına cari il iyunun 11-də start verilib və oyunlar qitənin bir neçə şəhərində, o cümlədən Bakıda təşkil olunur. Çempionata iyulun 11-də yekun vurulacaq.

Xəbər 344 dəfə oxundu.