"Səbail" klubu müdafiəçisi Adil Nağıyev ilə müqaviləni yeniləyib
Bakının "Səbail" klubu müdafiəçisi Adil Nağıyev ilə müqaviləni yeniləyib.

Futbolçu ilə birillik müqavilə imzalanıb.

Futbolçu 2019-cu ildən Bakı təmsilçisinin şərəfini qoruyur.

Müdafiəçi karyerası ərzində "Zirə" və "Sumqayıt" klublarında çıxış edib.

Xəbər 347 dəfə oxundu.