London 2012: 18 medal dəsti sahibini tapıb
XXX Yay Olimpiya Oyunlarının 10-cu günündə 18 medal dəsti sahibini tapıb. Yelkən idmanı, güləş, velosiped idmanı, atletika, ağırlıqqaldırma, atıcılıq, atçılıq, idman gimnastikası üzrə olimpiya medalçıları müəyyənləşib. Bu 8 növdə mükafat qazananlar sırasında Azərbaycan təmsilçisi yer almayıb.


Yelkən idmanı. Qadınlar, Lazer Radial

1. Syu Litszya (Çin)
2. Marit Bouvmester (Hollandiya)
3. Evi Van Aker (Belçika)

Yelkən idmanı. Kişilər, Lazer

1. Tom Slinqsbi (Avstraliya)
2. Pavlos Kontides (Kipr)
3. Rasmus Myurqren (İsveç)

Atıcılıq, kişilər, tüfəng, 50 m

1. Nikkolo Kampriani (İtaliya)
2. Kim Çjon Xyun (Cənubi Koreya)
3. Metyu Emmons (ABŞ)

Stend atıcılığı, kişilər, trap

1. Covanni Çernoqorats (Xorvatiya)
2. Massimo Fabbritsi (İtaliya)
3. Fehaid Əl-Dihani (Küveyt)

İdman gimnastikası. Kişilər, çevrələr

1. Artur Nabarrete (Braziliya)
2. Çen İbin (Çin)
3. Matteo Morandi (İtaliya)

İdman gimnastikası. Qadınlar, bruslar

1. Aliyə Mustafina (Rusiya)
2. Xe Kesin (Çin)
3. Elizabet Tviddl (Böyük Britaniya)

İdman gimnastikası. Kişilər, dayaqdan tullanma

1. Yan Hak Son (Cənubi Koreya)
2. Denis Ablyazin (Rusiya)
3. İqor Radivilov (Ukrayna)

Ağırlıqaldırma, kişilər, 105 kq

1. Aleksey Toroxtiy (Ukrayna)
2. Navab Nasirşelyal (İran)
3. Bartlomey Bonk (Polşa)

Atçılıq idmanı, konkur, komanda hesabı

1. Böyük Britaniya
2. Hollandiya
3. Səudiyyə Ərəbistanı

Velosiped idmanı. Trek, kişilər, sprint

1. Ceyson Kenni (Böyük Britaniya)
2. Qreqori Boj (Fransa)
3. Şeyn Perkins (Avstraliya)

Yunan-Roma güləşi. Kişilər, 60 kq

1. Omid Noruzi (İran)
2. Revaz Laşxi (Gürcüstan)
3. Zaur Kuraməhəmmədov (Rusiya)
3. Ryutaro Matsumoto (Yaponiya)

Yunan-Roma güləşi. Kişilər, 84 kq

1. Alan Xuqayev (Rusiya)
2. Kərəm Qaber (Misir)
3. Daniyal Hcıyev (Qazaxıstan)
3. Damian Yanikovski (Polşa)

Yunan-Roma güləşi. Kişilər, 120 kq

1. Mihayn Lopes Nunes (Kuba)
2. Heyki Nabi (Estoniya)
3. Rıza Kayaalp (Türkiyə)
3. Yohan Euren (İsveç)

Atletika. Qadınlar, şüvüllə tullanma

1. Cennifer Sur (ABŞ)
2. Yarisley Silva (Kuba)
3. Yelena İsinbayeva (Rusiya)

Atletika. Qadınlar, nüvə itələmək

1. Nadejda Ostapçuk (Belarus)
2. Valeri Adams (Yeni Zelandiya)
3. Yevgeniya Kolodko (Rusiya)

Atletika. Kişilər, sədləri dəf etməklə 400 m

1. Feliks Sançes (Dominika)
2. Maykl Tinsli (ABŞ)
3. Xavyer Kulson (Puerto-Riko)

Atletika. Qadınlar, maneələri dəf etməklə 3000 m

1. Yuliya Zaripova (Rusiya)
2. Həbibə Qribi (Tunis)
3. Sofiya Assefa (Həbəşistan)

Atletika. Kişilər, 400 m

1. Kirani Ceyms (Qrenada)
2. Luqelin Santos (Dominika)
3. Lalonde Qordon (Trinidad və Tobaqo)

Xəbər 1071 dəfə oxundu.