“Tokio-2020”də yarışların idarə olunmasında iştirak edəcək Azərbaycan hakimləri müəyyənləşib
Gənclər və İdman Nazirliyi Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək hakimlərin siyahısını açıqlayıb.

Nazirliyin saytına istinadla xəbər verir ki, ölkəmizi təmsil edəcək hakimlərin siyahısında Kvanq Çeol On (taekvondo), Asif Şirəliyev (güləş), Vahid Nəzərov (ağırlıqqaldırma), Cahangir Babayev (karate), Rza Əliyev (kişi idman gimnastikası), Anar Babanlı (boks), Fikrət Vəliyevin (qılıncoynatma) adları yer alıb.

Hakimlərimizdən Fariz Hüseynov (cüdo) isə ehtiyat hakimlər siyahısındadır.

Xəbər 365 dəfə oxundu.