London 2012: qadın futbolçuların turnirində finalçılar müəyyənləşib
Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında qadın futbolçuların turnirində finalçılar müəyyənləşib. Baş tutan yarımfinal oyunlarından sonra Yaponiya və ABŞ milliləri həlledici görüşə vəsiqə qazanıblar.

Yaponiya millisi Fransanı 2:1 hesabı ilə udaraq buna nail olub. Amerikalıların işi isə xeyli çətin olub. Kanada millisi Şimali Amerika derbisində 3 dəfə hesabda önə keçsə də ABŞ futbolçuları hər dəfə bərabərlik qolunu vurub – 3:3. ABŞ millisi əlavə vaxtın sonuncu - 120-ci dəqiqəsində fərqlənərək finala yüksəlib.

Qeyd edək ki, ABŞ millisi Olimpiadalar tarixində qadın futbolçuların bütün turnirlərində finala yüksəlib. 5-ci dəfə bunu bacaran amerikalılar 1996, 2004 və 2008-ci illərdə Olimpiadanın çempionu olub. 2000-ci ildə isıə buna finalda amerikalıları məğlub edən Norveç yığması imkan verməyib.

Xəbər 921 dəfə oxundu.